Kubok həyəcanı pik həddə: Oktyabrın 9-da I təsnifat mərhələsinə yekun vurulur!
Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinin növbəti görüşləri baş tutub.
TodayPress TV xəbər verir ki, “Marafon” öz meydanında “Dinamo”nu qəbul edib və rəqibini 3 cavabsız qolla məğlub edib.
Səfər matçlarına çıxan komandalardan “Zəngəzur” “Difai”yə, “Kür-Araz” isə “Şirvan”a 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıblar.
Qeyd edək ki, Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyunlarına oktyabrın 9-da keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.
Jalə Rövşən