Beynəlxalq səyyahlar Xankəndidə - FOTO

Beynəlxalq səyyahlar Xankəndidə - FOTO
08.10.2026 17:58 Sosial

Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi, amerikalı Charles Veleyin rəhbərlik etdiyi səyyah heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Xankəndi şəhərində olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən TodayPress TV-yə verilən məlumata görə, 13 ölkəni- ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər ölkələri təmsil edən 40-a yaxın beynəlxalq səyyahın  işğaldan azad olunmuş ərazilərə səfərinin məqsədi burada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastruktur, tarixi və yeni yaşayış məkanları ilə tanış olmaqdır.

Beynəlxalq səyyahlar, Xankəndi şəhərində yerləşən Zəfər Parkını və digər görməli yerləri ziyarət ediblər. Onlara Xankəndi şəhərində həyata keçirilən bərpa və quruculuq layihələri barədə ətraflı məlumat verilib. Qonaqlar regionun yeni inkişaf konsepsiyası, şəhər və rayonlarda müasir infrastrukturun yaradılması, yaşayış məhəllələrinin salınması, sosial obyektlərin inşası və Böyük Qayıdış çərçivəsində görülən işlərlə tanış olublar.

Qeyd edək ki, bu, dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura sayca 17-ci səfəridir.


TodayPress TV

FOTOLAR

Beynəlxalq səyyahlar Xankəndidə - FOTO — 1
Beynəlxalq səyyahlar Xankəndidə - FOTO — 2
Beynəlxalq səyyahlar Xankəndidə - FOTO — 3
Beynəlxalq səyyahlar Xankəndidə - FOTO — 4
Beynəlxalq səyyahlar Xankəndidə - FOTO — 5
XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər