Jirinovskinin ölümündən 6 il sonra ortaya çıxan dəhşətli PROQNOZ
Rusiya Liberal Demokrat Partiyasının sabiq rəhbəri Vladimir Jirinovskinin 2020-ci ildə etdiyi taun xəbərdarlığı sosial şəbəkələrdə və mediada yenidən müzakirə olunmağa başlayıb.
TodayPress TV xəbər verir ki, o vaxt siyasətçi Monqolustan və Çində qeydə alınan vəba (taun) hallarına istinad edərək Rusiyanın da təhlükə altında olduğunu bildirirdi.
Jirinovski Dövlət Dumasında çıxışında belə deyib:
"Taun sərhədlərimizdədir. Təhlükə altında olmadığımız deyilərək bizə yalan məlumat verilir. Bu xəstəlik monqolları və çinliləri təhdid edir, amma ruslara toxunmur? Cəmi beş metr irəliləyirsən və artıq Rusiyadasan. 200 nəfər öləcək, ondan sonra karantin elan edəcəksiniz!"
O, həmçinin qeyd etmişdi ki, ölkəni daha ağır dövrlər – aclıq, işsizlik və digər xəstəliklər gözləyir və hakimiyyətin infeksiya təhlükələrini ciddi qəbul etmədiyini tənqid edib.
Bu sözlər 2026-cı ilin oktyabr ayında İrkutsk vilayətində əks-taun institutunun əməkdaşının ölümündən sonra yenidən yada düşüb. Hadisə ilə bağlı “taun” şübhələri yayılsa da, Rusiya rəsmiləri (Rospotrabnadzor) laboratoriyada qəza olmadığını və xəstəliyin təsdiqlənmədiyini bildirib. Buna baxmayaraq, qonşu Qazaxıstan, Qırğızıstan və Özbəkistan sərhədlərdə sanitar nəzarəti gücləndirib.
Jirinovski 2022-ci ildə vəfat edib. Onun bir çox proqnozları, o cümlədən bu xəbərdarlıq, ölümündən sonra da ictimai müzakirələrdə qalmaqdadır.
Türkan İsgəndərli