Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı
olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.
TodayPress TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov
rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib.
Hadisədən dərhal sonra
ərazidə xidmət aparan yol polisi əməkdaşları operativ müdaxilə edərək xəsarət
alan şəxsləri xidməti avtomobillə xəstəxanaya çatdırıblar.
Tibb müəssisəsində hər iki şəxsə təxirəsalınmaz tibbi yardım göstərilməklə həyatları xilas edilib.