“Qarabağ”ın səsinə Lublin stadionu şahid olacaq!

“Qarabağ”ın səsinə Lublin stadionu şahid olacaq!
06.08.2026 15:14 İdman

“Qarabağ”ı Polşada 300-dən çox azarkeş dəstəkləyəcək.

TodayPress TV xəbər verir ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Polşada keçiriləcək “Dinamo Kiyev” – “Qarabağ” oyununda Ağdam təmsilçisi azarkeş dəstəyindən məhrum qalmayacaq.

“Qarabağ” klubunun mətbuat xidmətindən bildirilib ki, komandanı səfər qarşılaşmasında 300-dən çox azarkeş tribunadan dəstəkləyəcək.

Klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev qonaq azarkeş sektoru üçün 330 biletin alındığını açıqlayıb.

Qeyd edək ki, “Dinamo Kiyev” – “Qarabağ” görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da Polşanın Lublin şəhərində yerləşən “Lublin Arena” stadionunda keçiriləcək. 

Cavab qarşılaşması isə avqustun 13-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər