"Qarabağ" yeni formalarını təqdim etdi
"Qarabağ" 2025/26-cı illər mövsümü üçün yeni formalarını təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesablarında paylaşım edib.
Təqdimetmədə meydan oyunçuları Bəhlul Mustafazadə, Toral Bayramov və Kadi, həmçinin qapıçılar Şahruddin Məhəmmədəliyev və Mateuş Koxalski iştirak ediblər.
Yeni formalarla çəkilişlər Şuşada qala divarları qarşısında, İsa bulağında, Cıdır düzündə olub.
Köynəklərin önündə Azərbaycan bayrağı da yer alıb.