Ukrayna Milli Bankının sədri istefa verdi - KİV

Ukrayna Milli Bankının sədri istefa verdi - KİV
21.10.2026 16:20 Dünya

Ukrayna Milli Bankının (NBU) sədri Andriy Pişnıy istefa ərizəsi yazıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Delo.ua” bank bazarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Pişnıy istefa ərizəsini öz istəyi ilə, səhhəti ilə əlaqədar yazıb. Bildirilir ki, onun istefası Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Banqkokda keçirilən illik toplantılarından qayıtdıqdan sonra planlaşdırılıb.

Məlumata görə, Pişnıyın mümkün əvəzləyicisi kimi NBU-nun birinci müavini Serhiy Nikolayçuk, maliyyə naziri Serhiy Marçenko və NBU Şurasının üzvü Vasili Horbalın adları çəkilir.

Qeyd edək ki, bu gün NBU-nun binasında və bank əməkdaşlarından birinin yaşayış yerində Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən axtarışlar aparılıb. NABU axtarışlar zamanı heç kimin saxlanılmadığını və heç kimə şübhəli şəxs statusunun verilmədiyini bildirib. NBU isə fəaliyyətini normal rejimdə davam etdirdiyini açıqlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər