"Qarabağ" və "Napoli" oyunu bərpa olundu - Yeniləndi

İdman

25.11.2025 20:00

"Qarabağ" klubunun U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" ilə oyunu qaldığı yerdən davam edir.

TodayPress TV-nin məlumatına görə, İtaliyada baş tutan və şiddətli yağış səbəbindən 61-ci dəqiqədə yarımçıq dayandırılan matçda fasilə başa çatıb.

Qeyd edək ki, sözügedən matçda "Napoli" 1:0 hesabı ilə öndədir.

"Qarabağ" və "Napoli"nin əsas komandaları isə bu gecə Bakı vaxtı saat 00:00-da qarşılaşacaqlar.

****

UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" və "Qarabağ"ın U-19 komandaları arasında keçirilən V tur oyununda məcburi fasilə yaranıb.

TodayPress TV xəbər verir ki, qarşılaşma 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılıb. Matçın keçirildiyi "Cuzeppe Pikkolo" stadionunun ot örtüyü süni olduğundan matçı davam etdirmək mümkün olmayıb.

Paltardəyişmə otağına yollanan komandalar hakimin qərarını gözləyirlər. Hazırda hesab "Napoli"nin xeyrinədir - 1:0.

Qeyd edək ki, bu gün "Napoli" və "Qarabağ"ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

TodayPress TV

tag: UEFA, Qarabağ, Napoli, U-19, todaypress.tv,