“Qarabağ” təxirə salınmış oyunda “Sabah”a uduzdu

“Qarabağ” təxirə salınmış oyunda “Sabah”a uduzdu
18.12.2025 22:40 İdman

Premyer Liqanın I turdan təxirə salınmış oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, “Sabah” doğma meydanda “Qarabağ”ı qəbul edib.

“Bank Respublika Arena”da təşkil olunan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edib.

Bu qələbə sayəsində “Sabah” 34 xalla liderliyə yüksəlib.

Ağdam təmsilçisi isə 33 xalla ikinci pilləyə enib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər