Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi
Bocciaçı Sona Ağayeva reytinq cədvəlində iki pillə irəliləyib.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Hesabını 38,2 xala yüksəldən paralimpiyaçı Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazandıran reytinq cədvəlində irəliləyib. Sona 17-ci pillədən 15-ci yerə yüksəlib.
Qeyd edək ki, idmançı Misirin paytaxtı Qahirədə keçirilən Çellencer turnirində BC2 kateqoriyasında qızıl medal qazanmaqla buna nail olub. Sona Ağayeva turnirdə 6,5 reytinq xalı əldə edib.
Namiq HUN