Qadın güləşində iki itki: Azərbaycan millisinin medal ümidləri azaldı

Qadın güləşində iki itki: Azərbaycan millisinin medal ümidləri azaldı
27.10.2026 15:49 İdman

Qazaxıstanın Astana şəhərində keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın qadın güləşçiləri Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) çıxışlarını başa vurublar.

TodayPress TV xəbər verir ki, hər iki idmançı 1/8 finalda məğlub edən rəqiblər növbəti mərhələdə uduzduqlarından millimizin üzvləri təsəlliverici görüşlərdə iştirak hüququnu itiriblər.

Jalə Əliyevanı 1/8 finalda məğlub edən Polşa təmsilçisi Maqdalena Qlodek növbəti görüşdə Çin güləşçisi Hun Kesinə 0:10 hesabı ilə uduzub.

Birgül Soltanovanı üstələyən Özbəkistan təmsilçisi Nabirə Esenbayeva isə rusiyalı Alina Kasabiyeva ilə qarşılaşmada eyni hesabla – 0:10 məğlub olub.

Qadın güləşində Azərbaycanın üç təmsilçisindən yalnız Ruzanna Məmmədova (59 kq) medal qazanmaq şansını qoruyur. O, oktyabrın 29-da mübarizəyə qoşulacaq.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanovun (77 kq) qazandıqları iki qızıl medal var.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər