Sandıqların açılması ilə Hizbullah İsraili bombalayacaq - Bu gecə gözlənilir

Sandıqların açılması ilə Hizbullah İsraili bombalayacaq - Bu gecə gözlənilir
27.10.2026 15:22 Dünya

İsraildə seçkilər keçirilərkən Hizbullah iyun ayından bəri davam edən nisbi sakitlikdən istifadə edərək yenidən silahlanır və mümkün müharibəyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, Livanın təhlükəsizlik mənbələrinin məlumatına görə, qrup İrandan aldığı on milyonlarla dollar vəsaiti partlayıcı maddələrin alınmasına, hücum dronlarının hazırlanmasına və komandanlıq strukturunun yenidən qurulmasına yönəldib.

Bildirilib ki, İsraildə səsvermənin başlamasına bir neçə saat qalmış ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya açıq dəstək ifadə edərək onu “döyüşçü baş nazir” adlandırıb və israilliləri İrana qarşı mübarizəni başa çatdırmağa çağırıb.

Məlumata görə, seçkilərin nəticəsindən asılı olmayaraq, İsrailin yeni siyasi rəhbərliyi şimal sərhədində yenidən silahlanan Hizbullahla bağlı təhlükəsizlik problemi ilə üzləşəcək.

Jalə Rövşən 

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər