Tehranda 4 ölkənin görüşdüyü otaqdan nə çıxdı? MİT və Pakistan kəşfiyyatı...

Tehranda 4 ölkənin görüşdüyü otaqdan nə çıxdı? MİT və Pakistan kəşfiyyatı...
27.10.2026 14:25 Dünya

Tehranda “Dördlük” görüşündən əvvəl Türkiyə və Pakistan kəşfiyyatı dinləmə cihazı aşkarlayıb.

TodayPress TV xəbər verir ki,  pakistanlı jurnalist Gharidah Farooqinin məlumatına görə, protokola uyğun olaraq otaqda təhlükəsizlik yoxlaması Türkiyə və Pakistan kəşfiyyat qrupları tərəfindən aparılıb. Yoxlama zamanı aşkarlanan dinləmə cihazı otaqdan çıxarılıb.

Bundan sonra otaqda təhlükəsizlik tədbirləri təmin edilib və “Dördlük” görüşü yalnız bundan sonra başlayıb.

Qeyd edək ki, oktyabrın 26-da Tehranda Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İran nümayəndələrinin iştirakı ilə keçirilən “Dördlük” görüşündə regional təhlükəsizlik, İsrailin bölgədəki fəaliyyəti, Fələstin və Livandakı vəziyyət müzakirə olunub. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi görüşdən sonra Qərbi Asiyada təhlükəsizliyin region ölkələrinə əsaslanmalı olduğunu və xarici müdaxilələrin qarşısının alınmasının vacibliyini bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər