Mbappe qalmaqallı memə görə peşmanlığını açıqladı

Mbappe qalmaqallı memə görə peşmanlığını açıqladı
27.10.2026 16:36 İdman

“Real Madrid”in və Fransa millisinin hücumçusu Kilian Mbappe Çində və dünyanın müxtəlif yerlərində yaşayan Çin icmalarında narazılığa səbəb olan açıqlamasına görə rəsmi şəkildə üzr istəyib.

TodayPress TV xəbər verir ki, futbolçu bununla bağlı sosial şəbəkədə bəyanat yayımlayıb.

“Bu yaxınlarda verdiyim müsahibə zamanı öz təsvirimin yer aldığı görüntüyə reaksiya verdim. Şərhim düşünülməmişdi. İndi başa düşürəm ki, sözlərim Çində və dünyanın müxtəlif yerlərində yaşayan Çin icmalarının bir çox nümayəndəsini incitdi.

Sözlərimdən narahat olan hər kəsdən üzr istəyirəm. Bu, qətiyyən niyyətim deyildi. Çin xalqına və onun tarixinə böyük hörmət bəsləyirəm. Baş verənlərə görə səmimi qəlbdən təəssüflənirəm”, – deyə Mbappe bildirib.

Qeyd edək ki, qalmaqala futbolçunun müsahibədə üzünün hansısa görüntüyə montaj edildiyi memi “gülməli” adlandırması səbəb olub. Mbappe həmin obrazı “deyəsən, çinli diktator olan hansısa oğlan” kimi təsvir edib. Ehtimal olunur ki, futbolçu Çinin keçmiş lideri Mao Tszedunu nəzərdə tutub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər