Son 45 ilin rekordu qırıldı - İsraildə seçici fəallığı
İsraildə keçirilən parlament seçkilərində yerli vaxtla saat 10:00-a olan məlumata görə, seçici fəallığı 16,68 faiz təşkil edib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrailin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, bu, 1981-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Seçkilərdə əsas mübarizə Benyamin Netanyahunun bloku ilə Ayzenkotun rəhbərlik etdiyi “Antinetanyahu koalisiyası” arasında gedir.