Azərbaycan millisi FIFA turnirində növbəti qələbəsini axtarır

Azərbaycan millisi FIFA turnirində növbəti qələbəsini axtarır
27.10.2026 16:17 İdman

Azərbaycan millisi FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində növbəti oyununu keçirəcək.

TodayPress TV xəbər verir ki, yığmamız oktyabrın 28-də saat 11:30-da Hövsan Yarış Kompleksində Çili millisi ilə üz-üzə gələcək.

Turnirin əsasnaməsinə əsasən, qalib komandalar 1/8 final mərhələsinə yüksələcəklər. Məğlub olan kollektivlər isə digər uduzan komandalarla qarşılaşacaqlar.

Hər komanda 3-cü səbətdə ümumilikdə beş oyun keçirəcək. Bütün görüşlərini qələbə ilə başa vuran kollektiv həmin səbətin qalibi olacaq və ümumi turnir sıralamasında 65-ci yeri tutacaq.

Bütün oyunlarında məğlub olan komanda isə 3-cü səbətdə 32-ci, ümumi turnir sıralamasında isə 96-cı pillədə qərarlaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər