Moskvada üç hava limanında uçuşlara məhdudiyyət qoyuldu

Moskvada üç hava limanında uçuşlara məhdudiyyət qoyuldu
27.10.2026 16:23 Dünya

Moskvanın Vnukovo, Domodedovo və Jukovski beynəlxalq hava limanlarında uçuşların qəbulu və yola salınması ilə bağlı məhdudiyyətlər tətbiq olunub.

TodayPres TV-nin xarici KİV-ə istinadən verdiyi məlumata görə, “Rosaviasiya”dan bildirilib ki, hava limanlarında reyslərin qəbulu və uçuşu yalnız müvafiq qurumlarla razılaşdırıldıqdan sonra həyata keçirilir.

Məlumatda, həmçinin Moskva hava məkanının demək olar ki, tamamilə bağlandığı qeyd olunur.

Məhdudiyyətlərin səbəbi və nə qədər davam edəcəyi barədə əlavə məlumat verilməyib.

TodayPres TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər