İran tarixdə ilk dəfə Almaniyaya raket atacaq

İran tarixdə ilk dəfə Almaniyaya raket atacaq
27.10.2026 15:28 Dünya

İran Almaniyanı mümkün hücum hədəfləri siyahısına daxil edib.

TodayPress TV  İranın "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, Berlin İrana qarşı hərbi əməliyyatlarda açıq şəkildə iştirak edərsə, Almaniyanın regiondakı bütün hərbi bazaları və obyektləri qanuni hədəf hesab olunacaq.

Həmin gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Almaniyanın "ARD" telekanalına açıqlamasında bildirib:

“İran heç vaxt danışıqlar masasını tərk etməyib”.

Almaniya mediasına sülhdən danış, Almaniyanın hərbi bazalarını isə hədəflər siyahısına daxil et.

Niyə Almaniya, niyə məhz indi?

Ötən həftə Hamburq məhkəməsi iki kişinin iki yəhudi və İsrail tərəfdarı olan şəxsi öldürməyi planlaşdırdığını müəyyən edib. Bundan sonra Berlin dərhal İranın Almaniyadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.Tehran bu ittihamları “əsassız siyasi ittihamlar” adlandırıb.

İran Berlin administrasiyasından Almaniyada yaşayan iranlılara qarşı “təqiblərə” son qoymağı tələb edib.

Bununla yanaşı, İran yeni müharibənin getdikcə “qaçılmaz olduğunu” düşünür. Ölkə son həftələrdə bir neçə ballistik raket sınağı həyata keçirib.

Berlin hələlik heç bir hərbi əməliyyatda açıq şəkildə iştirak etməyib.

İranın mövqeyinə görə, mümkün yeni müharibə hələ başlamamış Almaniya artıq hədəflər siyahısına daxil edilib.

Zəhra Məmmədova

TodayPress TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər