PSJ nümunəsi “Liverpul”u hərəkətə keçirdi
İdman
27.12.2025 10:57
“Liverpul” klubunun baş məşqçisi Arne Slot hücumçu Uqo Ekitikenin mersisayd klubuna transfer olunmasının səbəblərini izah edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
“Ekiteke komandamızın ən sürətli futbolçularından biridir. Mən görürdüm ki, bir çox top-klubun heyətində çox yüksək sürətə malik bir və ya iki oyunçu olur və bu keyfiyyəti komandaya əlavə etmək istədim. Keçən mövsüm PSJ-də Dembele, Barkola və Due var idi - hər üçü çox sürətlidir. Biz Ekitikenin də oxşar təsir göstərəcəyini düşünürdük”, - deyə Slot bildirib.
Qeyd edək ki, Ekitike cari mövsümdə keçirilən 24 oyunda 11 qol vurub və 1 məhsuldar ötürmə edib. İngiltərə çempionu 2025-ci ilin yayında futbolçu üçün Frankfurt “Ayntraxt”ına 95 milyon avro ödəyib.
Namiq HUN
tag: Liverpul,Arne Slot,Uqo Ekitike,PSJ,Todaypress.tv,
