PSJ-nin gənc ulduzu İngiltərə nəhənglərinin radarında

PSJ-nin gənc ulduzu İngiltərə nəhənglərinin radarında
27.07.2026 13:04 İdman

İngiltərə Premyer Liqasının aparıcı klubları PSJ-nin 18 yaşlı cinah oyunçusu İbrahim Mbayeni transfer etmək istəyir.

TodayPress TV xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, gənc futbolçu ilə “Çelsi”, “Liverpul” və “Mançester Siti” yaxından maraqlanır.

Bundan başqa, “Tottenhem”, “Bayer Leverkuzen” və “Borussiya Dortmund” da Mbayenin inkişafını diqqətlə izləyən klublar sırasındadır. O, PSJ akademiyasının ən perspektivli yetirmələrindən biri hesab olunur.

Paris təmsilçisi uyğun təklif gələcəyi təqdirdə futbolçunun transferinə razılıq verə bilər. PSJ 18 yaşlı vinger üçün 50 milyon avro tələb edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər