Premyer ulduzu barədə ciddi ittiham irəli sürüldü!
Ayvan Touni zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxacaq
TodayPress TV “The Sun” nəşrinə istinadən xəbər verir ki, İngiltərə millisinin hücumçusu Ayvan Touni zorakılıq ittihamı ilə sentyabr ayında Vestminster Magistratura Məhkəməsi qarşısına çıxacaq.
Məlumata görə, ittiham Londondakı gecə klublarından birində 2025-ci ilin dekabrında baş vermiş qalmaqallı insidentlə bağlı irəli sürülüb.
Qeyd edək ki, Ayvan Touni hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edir. O, İngiltərə millisinin heyətində keçirdiyi 10 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN