Premyer Liqa: XII tura yekun vuruldu

İdman

23.11.2025 19:57

Misli Premyer Liqasında XII tura yekun vurulub.

TodayPress TV xəbər verir ki, turun son matçında "Neftçi" evdə "İmişli" ilə qarşılaşıb.

"Palms Sport Arena"da baş tutan görüşdə "İmişli" 3:2 hesablı qələbə qazanıb.

"Neftçi"dən Vinsent Abubakar (11-ci dəqiqə, penalti), Emin Mahmudov (60-cı dəqiqə) fərqlənib. "İmişli"nin qollarını isə Ezekiel Morqan (13-cü dəqiqə), Dioqo Rollo (64-cü dəqiqə) və Edvin Banquera (85-ci dəqiqə) rəqib qapısından keçirib.

Bu nəticədən sonra "Neftçi" 7-ci, "İmişli" isə 8-ci pillədə qərarlaşıb. Hər iki komandanın 15 xalı var.

Qeyd edək ki, turun daha öncə keçirilən görüşlərində "Kəpəz" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:2), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Şamaxı" (0:0), "Araz-Naxçıvan" - "Turan Tovuz" (1:1) görüşləri isə heç-heçə nəticələnib.

tag: Misli Premyer Liqası,Neftçi,İmişli, Emin Mahmudov ,Kəpəz,Todaypress.tv,