Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub etdi

Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub etdi
15.08.2026 22:49 İdman

Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.

"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Paytaxt təmsilçisinin heyətində Coy-Lens Mikels 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+1-ci dəqiqədə Xander Severina adını tabloya yazdırıb.

"Araz-Naxçıvan" və "İmişli" komandaları arasında keçirilmiş günün birinci görüşündə hesab açılmayıb.

Xatırladaq ki, turun açılış oyununda "Turan Tovuz" "Qəbələ"ni məğlub edib - 1:0. İlk turun digər matçları avqustun 16-17-si keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər