Premyer Liqa qayıdır: futbol həyəcanı yenidən başlayır!

Premyer Liqa qayıdır: futbol həyəcanı yenidən başlayır!
17.04.2026 09:35 İdman

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun oyunlarına start veriləcək.

TodayPress TV xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə Araz-Naxçıvan öz meydanında Turan Tovuz komandasını qəbul edəcək. Bu komandaların ilk dövrədəki görüşündə Naxçıvan təmsilçisi 2:1 hesablı qələbə qazanıb. İkinci dövrənin matçı isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Günün ikinci oyununda Neftçi Zirə ilə üz-üzə gələcək. Bu komandaların cari mövsümdəki ilk iki qarşılaşmasında qalib müəyyənləşməyib – 2:2 və 0:0.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər