Pirlo olmayacaq? İki məşhur məşqçi ön plana çıxdı

Pirlo olmayacaq? İki məşhur məşqçi ön plana çıxdı
27.07.2026 17:02 İdman

Andrea Pirlonun təyinatının baş tutmamasından sonra İtaliya millisinin baş məşqçi postuna iki yeni namizəd ön plana çıxıb.

TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo yeni baş məşqçini şəxsən seçmək qərarına gələrsə, əsas namizəd Roberto Mançini olacaq.

Lakin Mançininin namizədliyi də birmənalı qarşılanmır. Buna səbəb onun 2023-cü ildə İtaliya millisindən ayrılaraq Səudiyyə Ərəbistanı yığmasına rəhbərlik etməsi ilə bağlı yaranmış narazılıqlardır.

Digər ssenari isə milli komandanın texniki direktoru Paolo Maldininin vəzifəsindən ayrılması ilə bağlıdır. Bildirilir ki, onun yerinə Corco Kyellini təyin olunacağı təqdirdə, baş məşqçi postuna namizədlər siyahısına yenidən Antonio Kontenin adı daxil edilə bilər.

Xatırladaq ki, Andrea Pirlonun İtaliya millisinə baş məşqçi təyin olunması Rusiya bukmeyker şirkəti ilə əməkdaşlığına görə yaranan mübahisələrdən sonra dayandırılmışdı. Hazırda federasiya yeni baş məşqçi seçimi ilə bağlı yekun qərar verməyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər