Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram”

Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram”
13.08.2026 13:35 İdman

“McLaren” pilotu Oskar Piastri cari mövsümdə sürücü kimi inkişaf etməsinə daha çox imkan yaradan amillərdən danışıb.

TodayPress TV “Racer” portalına istinadən xəbər verir ki, avstraliyalı “Formula-1” pilotu bildirib ki, cari mövsüm nəticələrdən asılı olmayaraq öz üzərində işləmək və müxtəlif yanaşmaları sınamaq üçün daha çox azadlığa malikdir:

“Düşünürəm ki, yaxşı nəticələr bir məsələdir. Amma mənə elə gəlir ki, bu il nəticələr bunu hər zaman göstərməsə də, sürücü kimi necə inkişaf edə və daha yaxşı ola biləcəyimi də öyrənmişəm.

Hazırda üzərimdəki təzyiq, xüsusilə ötən mövsümlə müqayisədə, o qədər də yüksək deyil. Əlbəttə, hər halda mümkün qədər yaxşı çıxış etməyə və maksimum nəticə göstərməyə çalışırsan.

Lakin indi təzyiqin daha az olması yeni şeyləri sınamaq, daha çox eksperiment aparmaq və inkişaf yollarını araşdırmaq imkanı yaradır. Həmişə daha güclü olmağa və yeni şeylər öyrənməyə çalışmalısan. Öyrəndiyim hər şey gələcəkdə daha güclü olmağıma və mövqeyimi yaxşılaşdırmağıma kömək edəcək”.

Piastri nəticələr baxımından Macarıstanda olduğu kimi mütəmadi şəkildə qələbə uğrunda mübarizə aparmaq istədiyini də vurğulayıb.

“Əgər yenidən mütəmadi şəkildə qələbələr uğrunda mübarizə aparmağa başlasaq, o zaman çempionatda nəyə nail ola biləcəyimi düşünəcəyəm. Amma ilk növbədə hər həftəsonu işimizdən və bolidimizdən maksimum nəticə almağa çalışmalıyıq”, – deyə Piastri bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər