Piastri Qətər Qran-prisində sprintdə birinci oldu

Piastri Qətər Qran-prisində sprintdə birinci oldu
29.11.2025 20:15 İdman

Avstraliyalı pilot, "McLaren" komandasının üzvü Oskar Piastri 2025-ci il "Formula-1" dünya çempionatının 23-cü mərhələsi – Qətər Qran-prisinin sprint yarışında qalib gəlib.

TodayPress TV xəbər verir ki, Lusaildə keçirilən yarışda ikinci yeri "Mercedes" komandasından britaniyalı Corc Rassell tutub. Üçüncü pillədə isə Piastrinin komanda yoldaşı, britaniyalı Lando Norris qərarlaşıb.

Şənbə günü əsas yarış üçün təsnifat mərhələsi keçiriləcək. Mərhələ bazar günü baş tutacaq yarışla yekunlaşacaq, start Bakı vaxtı ilə saat 20:00-da nəzərdə tutulub.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər