Paracüdoçumuz 10-cu dəfə Avropa çempionu oldu
Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.
TodayPress TV xəbər verir ki, yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel English ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrək finala yüksəlib.
Final görüşündə isə ispaniyalı Qarros Suarez üzərində ipponla qələbə qazanan idmançı Avropa çempionu tituluna sahib olub.
Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb.