Olimpiya Oyunlarının məşəli Qədim Muzeydə alovlandırılacaq
İdman
24.11.2025 09:35
Milan və Kortina d Ampezzoda keçiriləcək 2026-cı ilin Qış Olimpiya Oyunlarının məşəlinin alovlanması mərasimi gözlənilən pis hava şəraiti səbəbindən 26 noyabrda Qədim Olimpiya Arxeologiya Muzeyində təşkil olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Yunanıstanın Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.
Bildirilir ki, dəyişiklik bütün iştirakçıların təhlükəsizliyini və mərasimin nüfuzunu təmin etmək üçün zəruri hesab edilib.
Olimpiya Komitəsi muzeyin məhdud tutumu səbəbindən tədbirin geniş ictimaiyyət üçün qapalı olacağını vurğulayıb.
“Yunanıstan Olimpiya Komitəsi zəruri düzəlişlərə baxmayaraq, mərasimin müqəddəsliyinə, ənənəsinə və ruhuna tam hörmətlə yanaşmaq üçün hər cür səy göstərir", - MOK-un bəyanatında deyilir.
Namiq HUN
tag: Olimpiya,Oyun,Məşəl,Yanma,Todaypress.tv,
