Olimpiya məşəli Yunanıstanda alovlandırıldı

Olimpiya məşəli Yunanıstanda alovlandırıldı
26.11.2025 17:06 İdman

2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb. 

TodayPress TV xəbər verir ki, mərasim Qədim Olimpiya stadionunda keçirilməli olsa da, pis hava şəraiti səbəbindən Arxeologiya Muzeyinə köçürülüb.

Alovlandırma mərasimində Yunanıstan prezidenti Konstantinos Tasulas və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri də iştirak ediblər.

Qədim Olimpiya, Olimpiya Oyunlarının məkanı sayılır və burada məşəlin alovlandırılması 1936-cı ildən bəri Oyunların rəmzi - başlanğıc nöqtəsi hesab olunur.

Qeyd edək ki, Milano-Kortina 2026 Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər