Olimpiya çempionu Heydərov zəfər yürüşünə start verir
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Avropa çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, ikinci yarış günündə olimpiya çempionu Hidayət Heydərov (73 kq) tatamiyə çıxacaq.
Cüdoçumuz mübarizəyə 1/16 finaldan başlayacaq və ilk görüşündə yunanıstanlı Konstantinos Tsaparas ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxan 7 idmançımızdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.
Namiq HUN