“Nyukasl” “Barselona”ya rekord məbləğ təklif etdi
“Nyukasl” klubu “Barselona”da çıxış edən futbolçu Ferran Torresi heyətinə qatmaq üçün 75 milyon avro təklif edib.
TodayPress TV “Fichajes” nəşrinə istinadən xəbər verir ki, hücumçunun cari mövsümdəki baxımlı oyunu Nyukasl-apon-Tayn təmsilçisinin marağına səbəb olub.
Hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən “Barselona” büdcəni sabitləşdirmək üçün 25 yaşlı futbolçunu transferə çıxara bilər.
Qeyd edək ki, Ferran Tores cari mövsüm meydana çıxdığı 17 matçda 9 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN