Filippində aviaqəza: İki hərbi təyyarə toqquşdu, 4 pilot öldü - VİDEO
Filippində Hərbi Hava Qüvvələrinə məxsus iki təlim təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində dörd pilot həyatını itirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qəza oktyabrın 23-də paytaxt Manila yaxınlığındakı Batanqas vilayətində yerləşən Fernando aviabazasında baş verib. “SF-260” tipli təyyarələr təlim uçuşu zamanı qəzaya uğrayıb.
Yerli media təyyarələrin havada toqquşduğunu bildirsə də, qəzanın dəqiq səbəbi hələlik rəsmən açıqlanmayıb.
Hadisədən sonra Filippin Hərbi Hava Qüvvələri araşdırma başa çatanadək “SF-260” tipli təyyarələrin uçuşlarını müvəqqəti dayandırıb. Qəza nəticəsində başqa xəsarət alanların olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Türkan İsgəndərli