Messi daha bir zirvəyə yüksəldi: Şahzadə Leonor mükafatı şəxsən təqdim etdi

Messi daha bir zirvəyə yüksəldi: Şahzadə Leonor mükafatı şəxsən təqdim etdi
24.10.2026 00:11 İdman

ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi müxtəlif sahələrdə müstəsna xidmətlərə görə təqdim edilən nüfuzlu 2026-cı il Asturiya Şahzadəsi İdman Mükafatına (Premio Princesa de Asturias de los Deportes 2026) layiq görülüb.

TodayPress TV xəbər verir ki, argentinalı futbolçuya mükafatı İspaniya taxt-tacının varisi şahzadə Leonor təqdim edib.

Mükafatlandırma mərasimi oktyabrın 23-də İspaniyanın Asturiya bölgəsində keçirilib. Messi tədbirdən bir gün əvvəl həyat yoldaşı Antonella Rokutso ilə birlikdə İspaniyaya gəlib. Onun xanımı da mərasimdə iştirak edib.

Təşkilatçılar 39 yaşlı futbolçunun təkcə idman nailiyyətlərini deyil, xeyriyyəçilik sahəsindəki fəaliyyətini də yüksək qiymətləndiriblər.

Messi cari mövsümdə “İnter Mayami”nin heyətində 32 oyuna çıxıb, 29 qol vurub və 15 məhsuldar ötürmə verib.

Argentinalı hücumçunun komandası oktyabrın 25-də MLS çərçivəsində “Nyu-York Red Bullz”la qarşılaşacaq.

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər