Azərbaycan neftinin qiyməti artdı

Azərbaycan neftinin qiyməti artdı
24.10.2026 12:06 Sənaye və energetika

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,64 ABŞ dolları və ya 3,8 % artaraq 126,59 ABŞ dolları təşkil edib.

TodayPress TV xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 126,69 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,54 ABŞ dolları və ya 3,2 % artaraq 114,89 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

TodayPress TV

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər