TƏCİLİ: ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır

TƏCİLİ: ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır
24.10.2026 01:23 Dünya

ABŞ Yaxın Şərqdəki diplomatlarını təxliyə etməyə başlayıb.

TodayPress TV xəbər verir ki, CNN-in məlumatına görə, regionda gərginliyin artması təhlükəsi fonunda Vaşinqton bəzi diplomatlarının və onların ailə üzvlərinin təxliyəsi ilə bağlı tədbirlər görür.

Husilərin hücumları ilə bağlı təhlükəsizlik narahatlıqları səbəbindən ABŞ-nin Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliklərində çalışan qeyri-vacib personaldan və onların ailə üzvlərindən ölkəni tərk etmələri tələb olunub.

Bundan başqa, ABŞ-nin İordaniya, Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Livandakı səfirliklərində də əməkdaşların sayı azaldılıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər