ABŞ-də məşhur hərbi abidəyə balyozla hücum – Yüz minlərlə dollarlıq ziyan
ABŞ-də İvodzima döyüşünə həsr olunmuş məşhur abidənin daş heykəli balyozla dağıdılıb.
TodayPress TV “New York Post”a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Migel Alonso hadisə yerində saxlanılıb.
Məlumata görə, o, 1999-cu ildə uşaq yaşlarında ABŞ-yə qanunsuz daxil olub. Alonso abidəyə yüz minlərlə dollar dəyərində ziyan vurmaqda ittiham olunur.
Qeyd edək ki, abidə İkinci Dünya müharibəsi zamanı İvodzima döyüşündə ABŞ dəniz piyadalarının bayraq ucaltmasını təsvir edir.
Kübra Musayeva