FIFA U-15 dünya çempionatı və festivalına start verilir
Bakıda FIFA U-15 dünya çempionatı və festivalına bu gün start veriləcək.
TodayPress TV xəbər verir ki, yarışın ilk günündə 92 matç keçiriləcək.
Azərbaycan komandası saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığması ilə üz-üzə gələcək. Bu qarşılaşmadan əvvəl isə eyni məkanda yarışın rəsmi açılış mərasimi təşkil olunacaq.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri Bakı Kristal Zalında gerçəkləşəcək.