İraq qərarını verdi: ABŞ-İran müharibəsində Bağdadın mövqeyi necə olacaq?

İraq qərarını verdi: ABŞ-İran müharibəsində Bağdadın mövqeyi necə olacaq?
24.10.2026 05:21 Dünya

İraq heç bir müharibədə iştirak etmək niyyətində deyil.

TodayPress TV xəbər verir ki, bunu İraqın Baş naziri əl-Zeydi “Al Iraq” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Bağdad İran və ABŞ arasında gərginliyin azaldılmasına və böhranın həllinə töhfə verməyə çalışır. Baş nazir vurğulayıb ki, İraq münaqişənin tərəfinə çevrilmək əvəzinə, dialoq üçün platforma olaraq qalmalıdır. O, həmçinin silahların yalnız təhlükəsizlik qüvvələrinin nəzarətində olmasının vacibliyini qeyd edib.

Əl-Zeydi İranla sərhədlərin bağlanmasının əleyhinə olduğunu da bildirib. Onun fikrincə, belə bir addım hər iki ölkəyə zərər vuracaq.

Baş nazir, həmçinin Nəcəf hava limanının İrandan gələn reyslər üçün açıldığını açıqlayıb. O, Hörmüz boğazının bağlanmasının İraqa da mənfi təsir göstərdiyini vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər