Rusiyanın kimya zavoduna hücum: Yanğın başladı -VİDEO

Rusiyanın kimya zavoduna hücum: Yanğın başladı -VİDEO
24.10.2026 10:43 Dünya

Ukrayna Rusiyanın Tolyatti şəhərində yerləşən “Tolyattikauchuk” kimya zavoduna dronlarla hücum edib. Hücumdan sonra müəssisənin ərazisində güclü yanğın baş verib və alovların getdikcə genişləndiyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə yerli sakinlərin məlumatlarına və açıq mənbələrdə yayılan görüntülərə istinadən Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, oktyabrın 24-nə keçən gecə Samara vilayətinin Tolyatti şəhərində bir sıra partlayış səsləri eşidilib. Sosial şəbəkələrdə yayılan kadrlarda zavod ərazisində güclü yanğın və yüksələn tüstü görünür.

Hadisə ilə əlaqədar yaxınlıqda yerləşən “AvtoVAZ” avtomobil müəssisəsinin əməkdaşlarının təxliyəsinə başlanıldığı da bildirilir.

“Tolyattikauchuk” müəssisəsi sintetik kauçuk, monomerlər və benzin üçün yüksək oktanlı əlavələr istehsal edir. Zavodun məhsullarından, o cümlədən, hərbi sənayedə və raket yanacağının istehsalında istifadə olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər