Ronaldo 2 milyardlıq rekorda imza atdı: Futbol tarixində ilk!

Ronaldo 2 milyardlıq rekorda imza atdı: Futbol tarixində ilk!
24.10.2026 00:34 İdman

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo karyerası ərzində əldə etdiyi gəlirlə futbol tarixində yeni rekorda imza atıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 41 yaşlı futbolçunun karyerası ərzində ümumi qazancı 2 milyard dolları ötüb. Bununla da Ronaldo bu göstəriciyə çatan ilk futbolçu olub.

Onun gəlirlərinə klublarla bağladığı müqavilələrdən əldə etdiyi maaşlarla yanaşı, reklam və sponsorluq müqavilələri, eləcə də şəxsi biznes layihələrindən qazandığı vəsait daxildir.

Qeyd edək ki, Ronaldonun “Əl-Nəsr” klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər