Kim Çen In dünyaya meydan oxudu: Ən güclü ordunu yaratmaq istəyir
Şimali Koreya lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin yaradılmasını əsas hədəflərdən biri elan edib.
TodayPress TV xəbər verir ki, "Koreya Mərkəzi Teleqraf" Agentliyinin məlumatına görə, o, oktyabrın 22–23-də Pxenyanda keçirilən Koreya Xalq Ordusunun bölük komandirlərinin III müşavirəsində bu barədə danışıb.
Kim Çen In bildirib ki, ordunun gücləndirilməsi üçün ilk növbədə bölüklərin döyüş qabiliyyəti artırılmalıdır. Onun sözlərinə görə, bütün bölüklər müxtəlif döyüş tapşırıqlarını müstəqil yerinə yetirə bilən elit hərbi hissələrə çevrilməlidir.
Şimali Koreya lideri döyüş hazırlığının təkmilləşdirilməsinin, hərbi intizamın gücləndirilməsinin və komandirlərin peşəkarlığının artırılmasının vacibliyini də vurğulayıb.
Türkan İsgəndərli