Orbanın qızı Macarıstanı tərk etdi – Ailəsi bütün əmlakını satışa çıxarır

Orbanın qızı Macarıstanı tərk etdi – Ailəsi bütün əmlakını satışa çıxarır
24.10.2026 03:44 Dünya

Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qızı ailəsi ilə birlikdə Londona köçüb və ölkədəki əmlakını satışa çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə araşdırma portalı “VSquare” məlumat yayıb.

Məlumata görə, Raxel Orban həyat yoldaşı İştvan Tiborç və uşaqları ilə birlikdə Londonun Kovent-Qarden rayonunda məskunlaşıb. Bildirilir ki, uşaqlar artıq Britaniyada özəl məktəblərdə təhsil alırlar.

Portalın mənbələrinin iddiasına əsasən, cütlük Macarıstanda mümkün qədər az aktiv saxlamağı planlaşdırır.

Qeyd edək ki, Viktor Orbanın 16 illik hakimiyyəti dövründə ailənin biznes imperiyası xeyli genişlənib. Bu artımda dövlət müqavilələrinin və hakimiyyətin dəstəyinin mühüm rol oynadığı bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər