Norris titul yolunda aldığı dəstəyi xatırladı

İdman

30.12.2025 13:29

“Maklaren” komandasının pilotu Lando Norris titul uğrunda mübarizə zamanı digər sürücülərdən aldığı dəstək barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Formula-1”in mətbuat xidməti məlumat yayıb. 

“Çox gözəl mesajlar alırdım və inanılmaz insanlarla ünsiyyətdə olurdum. Çempion olmuş insanlarla – Lyuis Hemilton, eləcə də Sebastyan Fettel kimi pilotlarla danışırdım. Az adam bilir ki, Seblə müxtəlif mövzular ətrafında müzakirələr aparmışıq. Bu insanlar, eləcə də Stouner, ən vacib anlarda mənə mesajlar göndərirdilər: “Bunu düşün, özünə inan, bunu et, onu et”. Bu mesajlar mənə həqiqətən kömək etdi.

Çempionluğu cəmi iki xal fərqi ilə qazandıqda, demək olar ki, həmin iki xal məhz digər insanların mənə olan inamı sayəsində əldə olunub. Ona görə də ətrafımdakı bütün insanlara təşəkkür etmək istəyirəm – həmin iki xal məhz lazım olan şey idi”, – deyə Norris bildirib.

Namiq HUN

TodayPress TV

tag: Lando Norris,Formula 1,Mclaren,Yarış,Todaypress.tv,