Boksçularımız Xorvatiyada Avropa çempionluğu uğrunda döyüşəcəklər
Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı keçiriləcək.
TodayPress TV xəbər verir ki, noyabrın 16-da start götürəcək və 9 gün davam edəcək yarışda Azərbaycan millisi 7 idmançı ilə təmsil olunacaq.
Məşqçilər Elbrus Rzayev və Elvin Məmişzadə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Əli Abdullayev (65 kq), Nicat Alırzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) güvənəcəklər.
Yarışda Azərbaycanı hakim kimi Anar Nağdıyev təmsil edəcək.
Namiq HUN