"Neftçi"dən iki transfer

"Neftçi"dən iki transfer
28.06.2025 20:55 İdman

“Neftçi” komandası daha iki futbolçunu transfer edib.

TodayPress TV xəbər verir ki, Murad Xaçayev və Elvin Bədəlov heyətə cəlb olunub.

Xaçayevlə 2 illik müqavilə bağlanıb. Donetsk “Şaxtyor”unun yetirməsi olan 27 yaşlı müdafiəçinin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. Murad milli komandanın heyətində 1 oyun keçirib.

Bədəlov isə 2 illik sözləşməyə imza atıb. Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan 30 yaşlı müdafiəçi 2014-2017-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. O, millidə 10 oyun keçirib.

Qeyd edək ki, hər iki futbolçu “Sumqayıt”da hazırda “Neftçi”nin baş məşqçisi olan Samir Abasovun rəhbərliyi altında çıxış edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər