"Neftçi" rumıniyalı müdafiəçini transfer etdi

"Neftçi" rumıniyalı müdafiəçini transfer etdi
22.07.2025 23:50 İdman

“Neftçi” futbol klubu növbəti transferini həyata keçirib.

TodayPress TV xəbər verir ki, rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin bundan sonra "ağ-qaralar"ın şərəfini qoruyacaq.

27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub.

O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər