"Neftçi" Endryu Qravilyonun transferini açıqladı

"Neftçi" Endryu Qravilyonun transferini açıqladı
24.06.2026 17:17 İdman

"Neftçi" 2026-cı il yay transfer dönəmində üçüncü keçidini rəsmiləşdirib.

TodayPress TV paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyon ilə 2 illik müqavilə bağlanıb.

28 yaşlı futbolçu "55" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, zəngin karyeraya malik olan E.Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər