"Neftçi" braziliyalı futbolçu ilə müqavilə imzaladı

"Neftçi" braziliyalı futbolçu ilə müqavilə imzaladı
20.06.2026 16:40 İdman

"Neftçi" yeni mövsüm üçün növbəti transferini həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

"Ağ-qaralar" braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda ilə anlaşıb.

26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edib. O, sonuncu klubu "Santa Klara"nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər