NBA-də möhtəşəm start: İki komanda hələ də uduzmayıb!

NBA-də möhtəşəm start: İki komanda hələ də uduzmayıb!
30.10.2026 11:29 İdman

NBA-da 2026/2027-ci illər mövsümünün startında məğlubiyyət üzü görməyən komandaların sayı ikiyə enib.

TodayPress TV xəbər verir ki, müntəzəm çempionatda “Memfis Qrizliz” və “Hyuston Rokets” turnirdə məğlubiyyətsiz qalan yeganə kollektivlərdir. Hər iki komandanın aktivində beş oyundan beş qələbə var.

Son turda “Memfis” səfərdə “Portlend Treyl Bleyzers”i 124:103 hesabı ilə məğlub edərək qələbə seriyasını davam etdirib. Maraqlıdır ki, bu qarşılaşmayadək “Portlend” də məğlubiyyət tanımırdı.

Görüşün əsas qəhrəmanlarından biri “Qrizliz”in 19 yaşlı debütantı Kemeron Buzer olub. O, karyerasında ilk dəfə tripl-dabl edib. Gənc basketbolçu 18 xal, 12 ribaund və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

“Hyuston” isə beşinci qələbəsini səfərdə “Milvoki Baks”ı 132:100 hesabı ilə darmadağın etməklə qazanıb.

“Rokets”in heyətində oyunun ən məhsuldar basketbolçusu 24 xal toplayan Fred Vanvlit olub. Amen Tompson isə komandasının qələbəsinə 23 xalla töhfə verib.

Qeyd edək ki, “Hyuston” 2014/2015 mövsümündən bəri ilk dəfə NBA müntəzəm çempionatına ardıcıl beş qələbə ilə başlayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər